Dərc edilib: 14-02-2020

https://www.nuh.az/22667-.html

BŞİH-nin yeni mətbuat katibi: “Jurnalistlərlə işləmək borcumdur”

14.02.2020 14:37:37

Hadisə
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) yeni təyin olunan mətbuat katibi Metin Hüseynov ilk təəssüratlarını Modern.az-la bölüşüb.

İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmrilə bu vəzifəyə təyin olunan M.Hüseynov jurnalistlərlə sıx əməkdaşlıq çərçivəsində çalışacağını bildirib:

"Mən bu vəzifəyə cənab başçının əmrilə təyin olunmuşam. Jurnalistlərlə işləmək mənim vəzifə borcumdur.
Onlara cavab verib-verməmək mənim istəyimdən asılı olan məsələ deyil, bu, vəzifəmdir. Cənab başçının tapşırığına əsasən jurnalistlərlə sıx əlaqədə olacağam”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib