Dərc edilib: 14-02-2020

https://www.nuh.az/22671-.html

İstanbulda 7 mərtəbəli bina bir anda çökdü

14.02.2020 16:39:51

İstanbulun Bahçelievler rayonu, Siyavuşpaşa məhəlləsində 7 mərtəbəli bina çöküb.

 


“Qafqazinfo”nun “CNN”ə istinadən verdiyi xəbərə görə, əraziyə yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri cəlb edilib.

Binanın daha öncədən təhlükəli vəziyyətdə olduğuna görə boşaldıldığı bildirilir.

Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı hələ ki, bilinmir.

 

 

 

 





NUH informasiya agentliyi səhifəsindən çap edilib