Dərc edilib: 14-02-2020

https://www.nuh.az/22682-.html

Paşinyan Almaniyada belə pərt oldu VİDEO

14.02.2020 23:55:35

LIVE

 

Almaniya Bundestaqının (parlament) prezidenti Volfqanq Şoyble ilə görüşən Ermənistan  Bas  naziri Nikol Paşiyan xatirə fotosu çəkilən zaman pis vəziyyətdə qalıb.

 axar.az    xəbər verir ki, Paşinyan harada dayanmasını müəyyənləşdirmək üçün əvvəlcə Ermənistanın bayrağını axtarıb. Məlum olub ki, təşkilatçılar Ermənistan bayrağını asmağı lazım bilməyiblər, onun üçün qoyulan kreslonun arxasında isə AB bayrağı var.
Çaş-baş qalan və pərt vəziyyətə düşən Paşinyan nəhayət onun üçün ayrılan kresloya oturub və AB bayrağı fonunda şəkil çəkdirib.
Qeyd edək ki, Almaniyada səfərdə olan N.Paşinyan Qarabağla bağlı bir daha ziddiyyətli və qalmaqallı açıqlamalar vermişdi.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib