Dərc edilib: 15-02-2020

https://www.nuh.az/22683-.html

“Bəzi dairələrin nəticələri ləğv edildi- Görək nə olacaq?.. ”

15.02.2020 00:11:38

Müsahibə

Məlum olduğu kimi, Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov növbədənkənar parlament seçkilərinə qatılmadı. 

Moderator.az əməkdaşının milli azadlıq, müstəqillik dövlətçilik uğrunda mübarizənin ilk illərindən fəal hərəkatçı, istiqlalçı deputat kimi tanınmış E.Məmmədovun son deputat seçkilərinin nəticələri ilə bağlı  fikirlərini öyrənib.
“Hər şey göz qabağındadır. Öncəki seçkilərlə müqayisədə dəyişən heç nə olmadı.  Hər şey əvvəlki qaydalarla getdi... Amma seçkilərdən sonra fəallıq bir az artdı. Xeyli müqavimət  oldu... Bəzi dairələrin nəticələri ləğv edildi. İndi gözləyək, görək bundan sonra nə olacaq?.. ” -deyən AMİP lideri bilavasitə səsvermə günü seçiciləri fəallığının aşağı olduğunu vurğulayıb:
“Müşahidələrimizə görə, səsvermə zamanı seçici fəallığı çox aşağı olub... Çox...”
“Sizin üçün bu dəfəki parlament seçkilərində nəsə gözlənilməz bir şey oldumu?” sualına isə Ertibar Məmmədov “Xeyr” cavabını verib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib