Dərc edilib: 15-02-2020

https://www.nuh.az/22705-.html

MSK 4 dairə ilə bağlı müraciətləri DSK-lara göndərdi

15.02.2020 14:44:25

Reportaj

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar bir neçə seçki dairəsində səsvermə nəticələri ilə bağlı müraciətə baxılıb.

Qaynarinfo xəbər verir ki, həmin müraciətin müvafiq Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı məsələ müzakirə olunub.
Belə ki, iclasda 82 saylı Ağcabədi seçki dairəsi, 94 saylı Bərdə kənd seçki dairəsi, 56 saylı Xaçmaz kənd seçki dairəsi və 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə müraciətləri araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı qərar qəbul edilib.
14.16
Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.
Qaynarinfo xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxılacağı, bununla bağlı müvafiq qərarlar qəbul ediləcəyi gözlənilir.
Qeyd edək ki, MSK-nın sonuncu dəfə fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib