Dərc edilib: 15-02-2020

https://www.nuh.az/22706-.html

ABŞ-da internet media “kağız mediani udur

15.02.2020 14:51:11

LIVE
İnternet texnologiyalarını inkişafı qəzetçiliyə böyük zərbə vurur. ABŞ-ın ən böyük ikinci qəzet mediası qrupu, 30-a yaxın qəzetin sahibi olan McClatchy şirkəti iflas haqqında iddia qaldırıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, iddia qaldırılmasında məqsəd ağır borc yükündə xilas olmaqdır. Məqalədə bildirilir ki, şirkətin yenidən qurulması da nəzərdə tutulur. 160 ildən çoxdur McClutchie ailəsinin əlində olan media nəhəngi Chatham Asset Management investisiya fondunun rəhbərliyindəki investorlara təhvil verilə bilər.

"McClatchy"nin yaranması Ceyms MakLatchinin Kaliforniyada "The Daily Bee" (indi Sakramento Bee) qəzetini yaratdığı 1857-ci ilə təsadüf edir. "McClatchy" "Gannett"dən sonra ABŞ-da ikinci ən böyük qəzet nəşridir. Sahib olduğu qəzetlər arasında "Sacramento Bee"dən başqa, "Mayami Herald", "Kansas City Star" və "Charlotte Observer" var.
"McClatchy" bir çox digər media qrupları kimi, çap və abunə reklamlarından əldə edilən gəlirin kəskin azalması ilə yanaşı, rəqəmsal formatlara tez uyğunlaşma ehtiyacı ilə qarşılaşıb. Son üç ildə şirkət xərclərini 186,9 milyon dollar azaldıb və ixtisarlara gedib. Hazırda şirkətin beş il əvvəlkinin yarısı qədər işçisi var. Buna baxmayaraq, görülən tədbirlər yetərli olmayıb. "McClatchy"nin ötən ilin doqquz ayında xalis itkisi 364 milyon dollar (2018-ci ilin eyni dövründə 52 milyon dollar olub), gəliri isə 11% azalaraq, 68 milyon dollara olub.
Yanvar ayının sonlarında, "Warren Buffett"in investisiya fondu "Berkshire Hathaway"ın bütün media aktivlərindən yaxa qurtarmaq qərarına gəldiyi məlum oldu. O, Amerika qəzetlərini də yayımlayan "BH Media Qrupu"nu satıb.
Köklü media orqanlarının çoxu onlayn sistemə keçiddə çətinlik çəkirlər. Həmçinin onlayn reklam gəlirlərinin böyük bir qismi də web platformalara gedir.
Bəzi nüfuzlu qəzetlər müflisləşərkən, bəziləri isə dəyər itirirlər. ABŞ-da son 10 ildə həftəlik yayımlanan 2000-ə yaxın yerli qəzet bağlanıb. Eyni zamanda media sektorunda məşğulluq da yarıbayarı azalıb.
ABŞ-ın ən böyük qəzet yayımçısı olan "Gannett" sektordakı çətinliklərlə mübarizə aparmaq üçün ötən il rəqibi "GateHouse"la birləşmə qərarı alıb.
"McClatchy" qəzetləri bu günə qədər bir çox mükafat qazanıb, lakin 2006-cı ildə rəqibi "Knight-Ridder" tərəfindən 4,5 milyard dollara satın alındıqdan bəri şirkətin borcları artıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib