Dərc edilib: 15-02-2020

https://www.nuh.az/22709-.html

Qazıntı zamanı mafiya üzvlərinin skeletləri tapıldı

15.02.2020 18:28:09

Kriminal
Moskvada tikinti şirkətlərinin birinin apardığı qazıntı işləri zamanı insan skeletləri tapılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, skeletlərin 1990-cı illərdə öldürüən mafiya üzvlərinə aid olduğu ehtimal edilir.

Ərazidə qazıntı işləri dayandırılıb və araşdırma başladılıb. Axtarış zamanı torpağın altından 3 insan skeleti tapılıb. Tibbi ekspertiza idarəsi skeletlərin kimlərə aid olduğunu araşdırır.
Prokurorluqdan verilən açıqlamaya görə, ərazidə başqa cəsədlərin də ola biləcəyi ehtimalı var. Bu səbəbdən qazıntı davam etdirildiyi və 90-cı illərdə mafiya hesablaşmalarına aid cinayət işlərinin yenidən açıldığı ifadə edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib