Dərc edilib: 17-02-2020

https://www.nuh.az/22744-.html

Antarktikada elm adamlarını qorxudan hadisə 20 derece

17.02.2020 00:06:44

LIVE
Fevral ayının ortasında müşahidə olunan isti hava elm adamlarını qorxudub.
lent.az   xəbər verir ki, elm adamları Antarktikada qeydə alınan isti hava şəraitindən heyrətə gəliblər. Belə ki, qitədə temperatur ilk dəfə olaraq 20.75 dərəcəyə qalxaraq rekord qırıb.

Fevralın 9-da Seymour adasında braziliyalı mütəxəssislər tərəfindən qeydə alınan temperatura Dünya Metereoloji Təşkilatı tərəfindən indiyə qədər rast gəlinməyib. "The Guardian” qəzetinin yaydığı məlumata görə isə fevralın 6-da Esperanzada olan argentinalı araşdırma qrupu 18.3 dərəcə temperaturun şahidi olublar. Bu da o vaxta qədər görünən ən yuxarı temperatur olub.
Uzaqdan idarə olunan aparatlarla 3 gündən bir öyrənilən temperaturu elm adamları "inanılmaz və anormal” kimi dəyərləndirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib