Dərc edilib: 17-02-2020

https://www.nuh.az/22750-.html

Elçin Babayev Günel Orucəliyevaya vəzifə verdi (FOTO)

17.02.2020 12:48:24

Mədəniyyət
Bakı Dövlət Universitetinin (BDU) Mətbuat-informasiya şöbəsinə yeni müdir təyin olunub.

Qaynarinfo xəbər verir ki, bununla bağlı BDU-nun rektoru Elçin Babayev müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Jurnalistika fakültəsinin müəllimi Günel İsgəndər qızı Orucəliyeva BDU-nun Mətbuat-informasiya şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, bundan əvvəl universitetin Mətbuat-informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova olub. O, fevralın 12-də öz ərizəsi ilə vəzifəsindən azad edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib