Dərc edilib: 18-02-2020

https://www.nuh.az/22773-.html

“Sədərək” Ticarət Mərkəzi yanır - Video

18.02.2020 10:14:21

Reportaj

“Sədərək” Ticarət Mərkəzi yanır.


"Qafqazinfo" xəbər verir ki, yanğın səhər saatlarından başlayıb, hələ də davam edir. Yanğının böyük bir ərazini əhatə etdiyi bildirilir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

***

Hadisə şahidləri yanğın görüntülərini "Qafqazinfo"ya göndərib. Videolardan görünür ki, yanğın da güclənir.

***

Fövqəladə Hallar Nazirliyi də yanğınla bağlı məlumat yayıb. Bildirilir ki, "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

***

Yanğın 8-ci sırada baş verib. Həmin sırada paltar və pərdə satılırmış.

NUH informasiya agentliyi səhifəsindən çap edilib