Dərc edilib: 18-02-2020

https://www.nuh.az/22779-.html

Donbassda vəziyyət gərginləşdi, Zelenski təcili iclas çağırdı

18.02.2020 12:42:52

Maqazin

Qondarma “Luqansk xalq respublikası”nın (LNR) qüvvələri Novotoşkovsk, Orexovo, Krımskoe və Xutor Volnıy yaşayış məntəqələri istiqamətində Ukrayna ordusunun mövqelərinə hücuma keçib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Donbassdakı Ukrayna qüvvələrinin qərargahı özünün feysbuk səhifəsində məlumat verib.

Məlumata görə, LNR-in hərbçiləri təmas xəttini keçməyə çalışıblar. Ukrayna Silahlı Qüvvələri itki verib.

“İşğalçılar bizim mövqelərimizə Minsk razılaşması ilə qadağan olunan silahlardan atəş açır. Düşmən 120 millimetrlik minaatanlar, iriçaplı pulemyotlar, qumbaraatanlar, artilleriya tətbiq edir”, - deyə qərargahdan bildirilib.

***

“İnterfaks-Ukrayna”nın məlumatına görə, Ukrayna Prezidentinin ofisi Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını elan edib.

İclas Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının, Daxili İşlər Nazirliyinin və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərliyinin iştirakı ilə keçiriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib