Dərc edilib: 18-02-2020

https://www.nuh.az/22783-.html

18 yaşlı ana körpəsini pəncərədən küçəyə atdı

18.02.2020 13:22:33

LIVE

Rusiyanın Stavropol şəhərində 18 yaşlı qadın dünyaya gətirdiyi körpəsini dəsmala bükərək mənzilin pəncərəsindən küçəyə atıb.
REN.TV xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Stavropol vilayəti üzrə İstintaq Komitəsindən məlumat verilib. 
Xoşbəxtlikdən körpə qonşular tərəfindən aşkar edilərək təcili tibbi yardım xidmətinin həkimlərinə təhvil verilib. 
Gənc ana polis tərəfindən saxlanılıb. Ona qarşı cinayət işi açılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib