Dərc edilib: 18-02-2020

https://www.nuh.az/22788-.html

Baş prokurordan yeni təyinat

18.02.2020 16:52:16

Hadisə

Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəyə yeni rəis təyin edilib.

Qaynarinfo-nun xəbərinə görə, bununla bağlı Baş prokuror Zakir Qaralov əmr imzalayıb.
Əmrə əsasən, baş ədliyyə müşaviri Orxan İsayev Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsinə təyin olunub.
Baş Prokurorluğun Mətbuat Xidməti "Report”a faktı təsdiqləyib.
Qeyd edək ki, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsində daha əvvəl III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Cəfərov çalışıb. O, başqa işə keçirilməklə əlaqədar işdən çıxarılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib