Dərc edilib: 18-02-2020

https://www.nuh.az/22789-.html

“Bura Xalq Cəbhəsinin iclası deyil, MSK-dır”

18.02.2020 20:39:24

Maqazin

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında maraqlı anlar yaşanıb. 


“Qafqazinfo” xəbər verir ki, MSK katibi Mikayıl Rəhimov 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədlər Fikrət Cəfərli və digərlərinin müraciətinə baxılan zamanı müraciəti təqdim edən MSK üzvü İlkin Şahbazova sual verib. Soruşub ki, bu şikayət işıqlar sönən dairə ilə bağlıdır?  

MSK katibi M. Rəhimovun bu sualına isə həmin dairədən deputatlığa namizəd F.Cəfərli cavab verib. MSK katibi isə deputatlığa namizədə deyib ki, ona sual verməyib: “Sualı MSK üzvünə verdim. Daha sonra “bura Xalq Cəbhəsinin iclası deyil, MSK-dır”, -deyə MSK katibi əlavə edib. 

MSK sədri Məzahir Pənahov isə buranın ciddi qurum olduğunu xatırladıb.

Namizəd baş verənlərə etiraz edib: “Siz məni dinləmirsiniz, Məzahir müəllim. Daha bizi bura niyə çağırırsınız?”

NUH informasiya agentliyi səhifəsindən çap edilib