Dərc edilib: 18-02-2020

https://www.nuh.az/22790-.html

Yeni deputat xanım hansı nazirin xalası qızıdır

18.02.2020 20:59:03

Günün sitatı

Cavanşır Həsənli  yazir  

32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputat seçiləndən bəri Afət Həsənovanın (Suraxanı rayon icra hakimiyyəti başçısının keçmiş müavini) Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 18 ünvanındakı obyektinin tikintisi sürətlənib. Afət xanımın heç Konstitusiya Məhkəməsinin təsdiqini də gözləməyə səbri çatmayıb.
Xatırladım ki, deputat bu ünvanda özünə ikimərtəbəli kommersiya binası tikdirir. Ümumi sahəsi 194,33 kv metr olan obyektin tikintisinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 2019-cu ilin avqustunda icazə verilib.
Afət Həsənova keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızıdır. Vaxtilə qardaşı Abbas Zeynalov Qubadakı evində ayı saxlamaqla mətbuatln gündəminə gəlmişdi.


 E.Qasımov küçəsi 18 ünvanındakı obyektinin tikintisi sürətlənib. Afət xanımın heç Konstitusiya Məhkəməsinin təsdiqini də gözləməyə səbri çatmayıb.
Xatırladım ki, deputat bu ünvanda özünə ikimərtəbəli kommersiya binası tikdirir. Ümumi sahəsi 194,33 kv metr olan obyektin tikintisinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 2019-cu ilin avqustunda icazə verilib.
Afət Həsənova keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızıdır. Vaxtilə qardaşı Abbas Zeynalov Qubadakı evində ayı saxlamaqla mətbuatln gündəminə gəlmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib