Dərc edilib: 18-02-2020

https://www.nuh.az/22791-.html

Bakıda generalın qohumu öldürüldü

18.02.2020 21:19:03

Hadisə

Bakıda baş vermiş dəhşətli qətlin  video görüntüsü yayılıb.
 
Oxu24.com  xəbər  verir ki,  Daxili işlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğlu   Fərid Məmmədzadənin qətlinin  videosu yayılıb.
Kriminal verilişində  qətlin təfərrüatı  ilə  bağlı  məlumat  verilib.
Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Babaverdiyev, C.Cavadlı və R.Bünyadzadə saxlanılıblar.
Məlum olub ki, mütəşəkkil dəstənin üzvləri hadisə zamanı F.Məmmədzadənin dostu Ravin Rəhimliyə də xəsarət yetiriblər.
Belə ki, H.Babaverdiyev avtomobillə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü F.Məmmədzadə ona yol verməsini istəyib. Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə sonda kütləvi dava ilə nəticələnib və qanlı cinayətlə yekunlaşıb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib