Dərc edilib: 19-02-2020

https://www.nuh.az/22797-.html

ABŞ-da çoxarvadlılığa icazə veriləcək...

19.02.2020 09:16:16

Region

ABŞ-ın Yuta ştatında qarşılıqlı razılıq əsasında çoxarvadlılığın dekriminallaşdırılması istiqamətində işlər gedir.  

Moderator.az xəbər verir ki, “İzvestiya” qəzetinin yaydığı məlumata görə, ştatın qanunvericilik məclisinin Senatı ilkin mərhələdə qanun layihəsini təsdiqləyib. Odur ki, bundan sonra yalnız tərəflərin qarşılıqlı razılığı ilə tətbiq olunan çoxarvadlılıq Yuta ştatında cinayət sayılmayacaq və hüquq xətaları kateqoriyasına daxil ediləcək.
Xatırladaq ki, ABŞ-ın hazırkı prezidenti D.Trampın da mənsub olduğu mormonlar  xristian məzhəbində müsəlmanlıqdakı kimi maksimum 4 deyil, istənilən sayda arvad saxlamağa icazə verilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib