Dərc edilib: 19-02-2020

https://www.nuh.az/22799-.html

Türkiyənin tikinti şirkəti “MİDA”nı məhkəməyə verib

19.02.2020 09:53:30

İdman

Azərbaycanda sosial evlərin tikintisi ilə məşğul olan “Mənzil İnşaatı Dövlət Agentliyi” (MİDA) əcnəbi şirkət tərəfindən məhkəməyə verilib.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, Türkiyənin “İlk İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək “MİDA”ya qarşı iddia qaldırıb. Ərizədə “MİDA”nın borclu olduğu 8317,40 manat məbləğində pulun alınaraq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilib.

Araşdırma zamanı məlum olub ki, iddia ərizəsi “MİDA”ya poçt vasitəsilə göndərilsə də, onların iddia ərizəsini aldığına dair sübut məhkəməyə təqdim edilməyib. Buna görə də işə mahiyyəti üzrə baxılması təxirə salınıb.

Əcnəbi şirkət' izah edilib ki, qeyd edilən sənəd əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib