Dərc edilib: 19-02-2020

https://www.nuh.az/22818-.html

Sumqayıtda sevgilisindən rədd cavabı alan 45 yaşlı kişi özünü güllələdi

19.02.2020 21:32:25

LIVE

Sumqayıtda sevgilisi ilə mübahisə edən balıqçı özünü güllələyib.

 

 APA   xəbər verir ki, hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində dənizkənarında qeydə alınıb. 1975-ci il təvəllüdlü Qreçkin Vitaliy Sergeyeviç Rusiyada yaşayan sevgilisi ilə telefonda mübahisə edib. 

Sevdiyi xanımdan rədd cavabı alan kişi silahla özünü ağzından güllələyib. Nəticədə o aldığı xəsarətdən ölüb. Onun meyiti müayinə olunmaq üçün ekspertizaya təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib