Dərc edilib: 20-02-2020

https://www.nuh.az/22822-.html

Azərbaycanda ŞOK: nənə ərinin dostu ilə Türkiyəyə qaçdı

20.02.2020 09:45:23

LIVE

İsmayıllıda iki uşaq anası həyat yoldaşının dostu ilə qoşulub qaçıb.

 

publika.az   xəbər verir ki, bir müddətdir M.H. ilə əri arasında münasibətlər pozulub və onlar boşanma həddinə çatıblar. Qadın aralarındakı münaqişə səbəbindən bir dəfə ərindən küsüb ata evinə qayıdıb.

Sonradan əri ilə barışsa da, bu, uzun sürməyib. Qadın boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda ərizəsi rayon məhkəməsinin icraatındadır. Buna baxmayaraq, M.H. ərini tərk edərək başqası ilə yaşamaq qərarına gəlib.

Qadının ailəsi ilə qoşulub qaçdığı kişinin ailəsinin uzunmüddətli dostluq münasibətləri olub.
Onların Türkiyəyə qaçdığı bildirilir.

M.H.-nın ailəsi uzun müddət Rusiyada yaşayıb, onlar bir müddətdir ki, İsmayıllıya qayıdıblar. İki övladları var. Qızları qoşulub qaçıb. Oğlanları isə rayondan olan qızla nişanlanıb, sonra onu tərk edərək Rusiyaya gedib. Orada ailə qurub və övlad sahibidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib