Dərc edilib: 20-02-2020

https://www.nuh.az/22826-.html

Rusiyanın ən zəngin qadını BAKALÇUK

20.02.2020 12:31:01

Reportaj

“Forbes” jurnalı Rusiyanın beynəlxalq onlayn-maqazini “Wildberries”in sahibi Tatyana Bakalçuku “Rusiyanın ən zəngin qadını” elan edib.


“Qafqazinfo” xəbər verir ki, o, 1,4 milyard dollar sərvətlə bir il öncə siyahıda lider olan Yelena Baturinanı üstələyib. Moskvanın keçmiş meri Yuri Lujkovun xanımı olan Baturinanın sərvəti 1, 2 milyard dollar dəyərində qiymətləndirilir.

Nəşr yazır ki, 2004-cü ildə həyat yoldaşı ilə biznes həyatına başlayan 44 yaşlı Bakalçuk son bir il ərzində 400 milyon dollar gəlir əldə edib.

 



 

NUH informasiya agentliyi səhifəsindən çap edilib