Dərc edilib: 20-02-2020

https://www.nuh.az/22830-.html

Neftçalanın icra başçısı rüşvət alarkən DTX tərəfindən həbs edilib.

20.02.2020 14:11:03

Hadisə

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Neftçala rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir. 

 

Məlumata görə, bir müddət əvvəl binaya xüsusi təyinatlıların olduğu dörd cip gəlib.

***

DTX binanın girişində xüsusi yoxlama məntəqəsi qurub. Binaya giriş qadağan edilib.

***

“Qafqazinfo” xəbər verir ki, hazırda Neftçala rayon İcra Hakimiyyətinə İsmayıl Vəliyev rəhbərlik edir. O, bu vəzifəyə 2011-ci ildə təyin edilib. Bundan əvvəl isə 2005-ci ildən Qobustan rayon İcra Hakimiyyətinin başçısı olub.

***

Unikal.org saytının məlumatına görə, Neftçalanın icra başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən həbs edilib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib