Dərc edilib: 20-02-2020

https://www.nuh.az/22834-.html

DTX icra başçısını seçkiyə görə həbs edib ?

20.02.2020 15:15:40

LIVE

Neftçalanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan icra başçısı İsmayıl Vəliyev parlament seçkiləri zamanı seçkilərə müdaxilə etməyib.

 

 

 

Bu barədə Oxu.Az-a 61 saylı Neftçala Dairə Seçki Komissiyasının sədri Şaiq Məmmədov bildirib.

 

Onun sözlərinə görə, icra başçısının seçkilərə müdaxiləsi barədə xəbərlər həqiqətləri əks etdirmir.

 

Qeyd edək ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev saxlanılıb.

 

Yerli mətbuatdakı xəbərlərin bir qismində iddia olunur ki, icra başçısı Neftçalada seçkilərə müdaxilə edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib