Dərc edilib: 20-02-2020

https://www.nuh.az/22835-.html

Kürəkəni Rəhim Qazıyevi döydü və saxlanıldı

20.02.2020 15:23:59

Dünya

Sabiq Müdafiə naziri Rəhim Qazıyevi döyməkdə şübhəli bilinən keçmiş kürəkəni tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Qaynarinfo-ya bildirib ki, fevralın 19-da Yasamal rayonu ərazisində R.Qazıyevi döyən keçmiş kürəkəni Ramil Əzizov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib