Dərc edilib: 21-02-2020

https://www.nuh.az/22848-.html

DTX baş həkimi saxladı ŞOK

21.02.2020 12:08:07

Maraqlı

Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçalada keçirdiyi əməliyyatda daha bir nəfər saxlanılıb.


"Qafqazinfo" Unikal.org-a istinadən xəbər verir ki, saxlanılan şəxslər arasında Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov da var. 

Qeyd edək ki, dünən DTX Neftçala İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və icra başçısı İ. Vəliyevin də saxlanıldığı deyilir. 

DTX-nin yaydığı rəsmi açıqlamada bildirilir ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Xatırladaq ki, baş verən hadisədən dərhal sonra Prezident İlham Əliyevin sərəncamı ilə İ. Vəliyev vəzifəsindən azad edilib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib