Dərc edilib: 21-02-2020

https://www.nuh.az/22850-.html

Bakıda bağ evinə qonaq getmişdilər, meyitləri tapıldı

21.02.2020 12:48:55

LIVE

Bakıda qadın və kişi hamamda dəm qazından zəhərlənib.


"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə fevralın 20-si Xəzər rayonu, Türkan qəsəbəsi "Aqroprom" bağ evlərində baş verib. 1961-ci il təvəllüdlü Natiq Cavadov və 1967-ci il təvəllüdlü Aytən Zeynalova qonaq getdikləri bağ evində hamam otağında birgə çimərkən dəm qazından zəhərlənərək ölüblər. 

Hadisə yerinə polis və prokurorluq əməkdaşları tərəfindən baxış keçirilib, meyitin müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin edilib. 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib