Dərc edilib: 21-02-2020

https://www.nuh.az/22859-.html

Mehman Hüseynov, İqbal Ağazadə ilə Rauf Arifoğluna rəqib oldu

21.02.2020 18:23:37

Mədəniyyət
Tanınmış bloger Mehman Hüseynov yenidən deputatlığa namizədliyini irəli sürüb. M.Hüseynov namizədliyini bu dəfə nəticəsi ləğv edilmiş 35 saylı Xətai üçüncü seçki dairəsindən verib.

Bu barədə “Xural” qəzetinin baş redaktoru, jurnalist Əvəz Zeynallı özünün feysbuk səhifəsindən bildirib.

Xatırladaq ki, 35 saylı Xətai üçüncü seçki dairəsindən Rauf Arifoğlu qalib elan olunsa da, sonradan İqbal Ağazadənin şikayəti əsasında bu dairə üzrə nəticələr Mərkəzi Seçki Komissiyası  tərəfindən ləğv olunmuşdu.

NUH informasiya agentliyi səhifəsindən çap edilib