Dərc edilib: 22-02-2020

https://www.nuh.az/22863-.html

Tovuzda məktəbdə qanlı hadisə

22.02.2020 08:44:15

LIVE

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

 apa   xəbər verir ki, hadisə rayonun Dönük Qırıxlı kənd tam orta məktəbində qeydə alınıb.
Məktəbin 10-cu sinif şagirdi 2003-cü il təvəllüldü Qarayev Rəvan Pərviz oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdilib. Məktəbli dərhal əməliyyat edilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Q.Rəvanın valideynləri APA-ya bildiriblər ki, onların övladını məktəb yoldaşı dərs vaxtı bıçaqlayıb.
Hadisə ilə bağlı araşdırma başlanıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib