Dərc edilib: 22-02-2020

https://www.nuh.az/22871-.html

Bakıda daha bir tələbə dəm qazından boğulub öldü

22.02.2020 12:39:30

LIVE

Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Məmmədova Günel Camal qızı kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, G.Məmmədova tələbə olub.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib