Dərc edilib: 23-02-2020

https://www.nuh.az/22897-.html

Azərbaycanlı avtoritet Ukraynada öldürüldü

23.02.2020 22:37:26

Mədəniyyət

Ukraynanın Zaporojye vilayətində "Sarvan” ləqəbli azərbaycanlı kriminal avtoritet öldürülüb.

Publika.az xəbər verir ki, 1968-ci ildə anadan olmuş şəxs ötən gün fevralın 22-də axşam sinəsindən bıçaq zərbəsi alıb və təcili yardım avtomobilində keçinib.
"Qətlin bütün təfərrüatını araşdırmaq üçün təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir”, - yerli polis bildirib.
Xəbərə görə öldürülən şəxs Zaporojyedə narkobiznesə rəhbərlik edənlərdən biri olub, habelə o, mütəşəkkil cinayətkar qruplaşma təşkil edib və regionda tanınan digər kriminal avtoritet "Qriqori” ilə sıx ünsiyyət saxlayıb. "Sarvan”ın habelə vətəni Azərbaycanda da qanuni oğrularla əlaqələri olub.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib