Dərc edilib: 24-02-2020

https://www.nuh.az/22921-.html

Prezident Artur Rasi-zadəyə orden verdi

24.02.2020 18:10:06

Reportaj

Azərbaycan Prezidenti İlham Əliyev Artur Rasi-zadə haqda sərəncam imzalayıb. 


“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Artur Tahir oğlu Rasi-zadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, fevralın 26-da keçmiş Baş Nazir Artur Rasi-zadənin 85 yaşı tamam olacaq.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib