Dərc edilib: 25-02-2020

https://www.nuh.az/22934-.html

Rafiq Həşimova yüksək vəzifə verildi

25.02.2020 09:40:32

LIVE

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədrinin yeni müavini təyin olunub.

 lent.az   xəbər verir ki, Rəşad Nəsirov sədrin müavini vəzifəsindən azad olunub. Onun yerinə Əməkdar artist, tanınmış diktor Rafiq Həşimovun müavin təyin olunduğu bildirilir.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov faktı təsdiqləyib.
Qeyd edək ki, ötən gün həmçinin gənc aparıcı Rüfət Həmzəyev də AzTV sədrinin müavini vəzifəsinə təyin olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib