Dərc edilib: 25-02-2020

https://www.nuh.az/22950-.html

Futbolda topa başla zərbə vurmaq qadağan olundu

25.02.2020 18:02:41

Maqazin

İngiltərə Futbol Assosiasiyası uşaq futbolunda qadağa tətbiq edib.

 

 “Qafqazinfo” xəbər verir ki, Assosiasiya uşaq futbolunda başla oyunu qadağan edib. Uşaqlara tapşırılıb ki, topa başla zərbə vurmasınlar.

Son vaxtlar İngiltərədə futbolun idmançıların sağlamlığına təsiri geniş şəkildə araşdırılır. Məlum olub ki, futbolla məşğul olanlarda demans xəstəliyinə (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom) tutulma adi insanlara nisbətən 3 dəfə çoxdur.

Alimlər bunu topa başla zərbə vurmağın əlaməti hesab edirlər. Bu riski nisbətən azaltmaq üçün uşaqlara topa başla zərbə vurmaq qadağan edilib.

Qadağa 12 yaşadək uşaqlara tətbiq olunacaq. 12 yaşdan 17 yaşadək olanlara isə həftədə bir dəfə məşqlər zamanı topa başla zərbə vurmağa icazə veriləcək. Onu da deyək ki, qadağa rəsmi oyunlarda yox, məşqlərdə tətbiq olunacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib