Dərc edilib: 26-02-2020

https://www.nuh.az/22956-.html

İntihar edən tələbənin atası- Dedi ki, iş işdən keçib

26.02.2020 09:41:06

Günün sitatı

Ötən gün gecə saatlarında Bakı bulvarında intihar hadisəsi baş verib. Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı özünü dənizə ataraq canına qəsd edib. Azərbaycan Tibb Universitetinin tələbəsi olan gənc qızın sevdiyi oğlana görə intihar etdiyi bildirilir.
Yayılan məlumatlara əsasən, 22 yaşlı Nəzakətlə həmkəndlisi, 1995-ci il təvəllüdlü Məmmədov Babahüseyn Zöhrab oğlu bir-birlərini seviblər. Lakin qızın ailəsi onun Babahüseynlə ailə qurmasına qarşı çıxıb. Tələbə qızın bu səbəbdən özünü öldürdüyü deyilir. Hadisə vaxtı Babahüseyn sevdiyi qızın ardınca özünü dənizə atsa da, onu xilas etmək mümkün olub.

Azvision.az hadisənin təfərrüatlarını dəqiqləşdirmək üçün Nəzakətin atası Müğdət Rzazadə ilə əlaqə saxlayıb. O, əməkdaşımıza bildirib ki, qızı sevgilisi deyilən Babahüseyn Məmmədov tərəfindən qaçırılıb.

“Günorta saat 3-də oğlanın atası mənə zəng etdi ki, qızını qaçırmışıq, artıq iş işdən keçib, axşam sizə elçi gəlmək istəyirik. Buna inanmadıq. Dedim, mənim qızım elə iş tutmaz. Tez Nəzakətə zəng etdik. O dedi ki, ata, inanma, yalan söhbətdir. Axşam saat 12-də yenə zəng etdik, qızım ağlaya- ağlaya cavab verdi. Dedim, Nəzakət, narahat olma, təcili Bakıya gəlirəm. Getdim, evdə yox idi. Rəfiqələrindən soruşdum, heç kim yerini bilmədi. Gecə saat 6-da xəbər gəldi ki, qızım özünü dənizə atıb”.

M. Rzazadənin sözlərinə görə, hadisə baş verən günədək qızının sevgilisinin olduğunu bilməyiblər.

“İndiyədək heç kim bizə elçi gəlməyib. Həmin oğlandan xəbərimiz olmayıb. Nəzakət qaçırılandan sonra oğlanın evindən naməlum istiqamətdə yoxa çıxıb. Bizdə olan məlumata görə, Nəzakətdən 20 dəqiqə sonra oğlan hadisə yerinə gəlib. Babahüseyn haradan bilirdi ki, Nəzakət bulvara gedəcək? Müəmmalıdır”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib