Dərc edilib: 26-02-2020

https://www.nuh.az/22959-.html

Bu gün tanınmış jurnalist Zabil Müqabiloğlunun ölümündən üç il ötür

26.02.2020 10:45:08

Mədəniyyət

Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub.

 

 Bakı Asiya Universitetinin Jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən vəfat etdiyi günə kimi mətbuatda çalışıb. “525-ci qəzet”, “Avropa”, “Tərcüman”, “Yeni Müsavat” qəzetlərində işləyib. Z.Müqabiloğlunun son iş yeri isə təsisçisi olduğu gunxeber.com saytı olub.

Zabil Müqabiloğlu 2017-ci ilin 26 fevralında qaraciyər xəstəliyindən vəfat edib.Mərhumun bir oğul övladı yadigar qalıb.

Allah rəhmət eləsin…

NUH informasiya agentliyi səhifəsindən çap edilib