Dərc edilib: 27-02-2020

https://www.nuh.az/22981-.html

8 yaşlı türk riyaziyyat yarışmasında dünya birincisi oldu

27.02.2020 08:58:10

Mədəniyyət

Türkiyənin Kayseri şəhərindən olan 8 yaşlı Nilufər Şimşək riyaziyyat üzrə beynəlxalq “Caribou» yarışmasıda dünya birinciliyini qazanıb.
Moderator.az  “Anadolu” xəbər agentliyinə istinadla xəbər verir ki,  balaca müsəlman qız 2-ci sinif şagirdləri arasında ingilis dilində keçirilən riyaziyyat müsabiqəsində qalib gəlməyi bacarıb. 
Müsabiqəyə 1582 şagird qatılıb. “TRT”-nin yaydığı məlumata görə, Kanadada təşkil edilən bu yarışma planet üzrə internet vasitəsi ilə  aparılır.  Müsabiqə riyaziyyata marağı artırmaq və riyazi tapşırıqları əyləncəli və  maraqlı şəkildə həll etmək məqsədi daşıyır. Yarışma ildə 6 dəfə olmaqla 12 yaş kateqoriyasında  ingilis, fransız və fars dillərində keçirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib