Dərc edilib: 29-02-2020

https://www.nuh.az/23021-.html

Ukrayna Qələbə Gününü qeyd etməkdən imtina etdi

29.02.2020 10:25:38

Region

Ukrayna 9 may tarixində Qələbə Gününü qeyd etməyəcək. “Qafqazinfo”nun məlumatına görə, bunu “Ukrayna 24” telekanalına müsahibəsində ölkənin Xarici İşlər naziri Vadim Pristayko deyib.


“İndi bizim mövqemiz olduğu kimi qalır: xeyr, biz 9 mayı qeyd etməyi planlaşdırmırıq. Biz, bütün Avropa kontinenti kimi, 75 ildən sonra bu faciənin niyə baş verdiyini başa düşməyə və bir-birimizi bağışlamağa hazırıq. Biz hesab edirik ki, şadlıq məhz bu istiqamətdə getməlidir”, - Pristayko bildirib.

Qeyd edək ki, İkinci Dünya müharibəsi 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi ilə başa çatıb. Qələbə günü postsovet ölkələləri və İkinci Dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib