Dərc edilib: 05-03-2020

https://www.nuh.az/23099-.html

NAR “Araz Kursları”nı məhkəməyə verdi

05.03.2020 11:38:19

İqtisadiyyat

“Nar Mobile” şirkəti “Araz Kursları”na qarşı 6300 manatlıq iddia qaldırıb.

 


“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Nar Mobile” markasının təmsilçisi olan “AZERFON” məhdud məsuliyyətli cəmiyyəti bu məsələ ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İddia ərizəsində qeyd edilib ki, “AZERFON” ilə bağlanmış GSM müqaviləsinə əsasən “Araz Kursları” markası ilə tanınan “ÇAĞ-ARAZ” şirkəti 6296.22 manat məbləğində rabitə xidmətlərindən istifadə edərək danışıqlar aparıb və nəticədə həmin məbləğdə borcu yaranıb. Müqavilənin şərtlərinə əsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını iddiaçının müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Beləliklə, GSM fakturalarından göründüyü kimi “ÇAĞ-ARAZ” müqavilənin şərtlərini pozaraq, göstərilən borcun ödənilməsini təmin etməyib.

Məhkəmənin qərarı ilə “ÇAĞ-ARAZ” şirkəti 6296.22 manat xidmət haqqı və ödənilmiş 30.40 manat dövlət rüsumu, cəmi 6326.62 manat pulu “AZERFON”a ödəməlidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib