Dərc edilib: 05-03-2020

https://www.nuh.az/23100-.html

“Azərbaycan Dəmir Yolları” QSC sakinlərə verdiyi sözü tutmadı – Üst piyada keçidi tikilmədi

05.03.2020 11:48:03

Mədəniyyət

Sabunçu rayonunun Asif Əsədullayev küçəsinin sakinləri “Azərbaycan Dəmir Yolları” QSC-dən narazıdır. Kivnews.com bildirir ki, sakinlərin narazılığına səbəb verilən sözün tutulmaması və sakinlər üçün ciddi problemin yaradılmasıdır.

 Belə ki, Sabunçu rayonunun ərazisində sürət qatarının təhlükəsiz hərəkəti üçün yeraltı yol ötürücünün inşası zamanı ətrafda yaşayan sakinlərin piyada hərəkəti üçün lazımı tədbir görülməyib. Bunu görən sakinlər “Azərbaycan Dəmir Yolları” QSC-nə yazılı məktub ünvanlayaraq piyadadaların hərəkətinin təmini üçün lazımı işlərin görülməsini xahiş ediblər. Və sakinlərə göndərilən yazılı cavabda “Azərbaycan Dəmir Yolları” QSC-i “Dəmiryolservis” MMC-nin baş direktoru Ə.O.Lütfəlibəyov bildirib ki, “ÜST PİYADA KEÇİDİNİN İNŞASI NƏZƏRDƏ TUTULMUŞDUR. BELƏLİKLƏ, ƏRAZİDƏ YAŞAYAN SAKİNLƏRİN RAHAT VƏ TƏHLÜKƏSİZ GEDİŞ-GƏLİŞİ ÜÇÜN BÜTÜN MÜVAFİQ İNFRASTRUKTUR YARADILACAQ”.

Qeyd edək ki, uzunluğu 262 metr olan yolötürücü artıq hazır vəziyyətdədir və bütün işlər yekunlaşıb. Amma sakinlərə verilən söz yerinə yetirilməyib. Əvəzində isə tunelin içində ensiz piyada səkisi  ayrılıb. Bu zaman piyada 5 metrllik dəmiryolu xəttini keçmək üçün məcburdir ki, 262 metrlik tunellə getsin və tunel qurtarandan sonra isə hərəkətdə olan sürücülərin qarşısını kəsərək əks tərəfə keçsin.  Belə olan halda ətrafda yaşayan sakinlər həm artıq məsafə qət etməli olurlar, həm də həyatlarını təhlükəyə atmış olacaqlar.  Digər bir məsələ isə tuneldən çıxan sürücü hündürlük qalxarkən piyada zolağını belə görmür. Hər halda sakinlərin haqlı narazılığına diqqət ayrılmalıdır.

 

 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib