Dərc edilib: 05-03-2020

https://www.nuh.az/23101-.html

Bakıda 13 yaşlı qızı qaçırdılar

05.03.2020 11:54:19

İdman

Bakının Nəsimi rayonu 22-ci Polis Bölməsinin əməkdaşları 13 yaşlı yeniyetmənin qaçırılması faktını araşdırırlar.

 
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Yevlax rayon sakini 31 yaşlı H.Abdullayeva martın 4-ü səhər saat 04:00 radələrində Polis Bölməsinə müraciət edib. O, martın 3-ü saat 20:00 radələrində 13 yaşlı qızı C.M-nin Elnur adlı şəxs tərəfindən qaçırıldığını bildirib.

Onun sözlərinə görə, həmin şəxs qızı evlənmək məqsədi ilə qaçırıb.

Əldə edilən məlumata görə, polis əməkdaşları qızın harada olmasını müəyyənləşdiriblər.

Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir. Qeyd edək ki, yeniyetmə artıq evindədir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib