Dərc edilib: 05-03-2020

https://www.nuh.az/23108-.html

Tazə icra başçısı Nahid Bağırov kimdir? - DOSYE

05.03.2020 14:57:00

Maqazin

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı  sərəncamı ilə Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 
Yeniavaz.com
 xəbər verir ki, Nahid Bağırov 2009-cu ildən etibarən Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədridir.
4 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsili 242 və 151 saylı məktəblərdə alıb.
1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq Fakültəsini bitirib.
2000-2001-ci illərdə "N" saylı Hərbi Hissədə hərbi xidmətdə olmuşdur.
1998-2000-ci illlərdə Bakı şəhəri Sabunçu rayon məhkəməsində katib vəzifəsində, 2001-2005-ci illərdə “Sir” hüquq şirkətinin vitse-prezidenti vəzifəsində çalışmışdır.
2011-2013-cü, 2013-2015-ci və 2015-2017-ci illərdə Birləşmiş Millətlər Təşkilatı nəzdində Ümumdünya Turizm Təşkilatının (UNWTO) Qoşulan üzvlər şurasının Avropa üzrə vitse-prezidenti seçilmişdir.
2018-ci ildən etibarən və hal-hazırda Azərbaycan Sahibkarlar Təşkilatları Konfederasiyasının (ASK) idarə heyətinin üzvüdür
2018-ci ildən etibarən və hal-hazırda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai şuranın sədr müavinidir.
2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsində fərqləndiyinə görə ”Fəxri Turizm İşçisi“, 2018-ci ildə Mülki Aviasiya Administrasiyası tərəfindən “Fəxri Aviasiya İşçisi” adına layiq görülmüşdür.
2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var.
Onu da bildirək ki, Nahid Bağırov 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd olsa da seçkidə məğlub olub.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib