Dərc edilib: 05-03-2020

https://www.nuh.az/23120-.html

Ərdoğanla Putinin 3 saatlıq görüşü bitdi

05.03.2020 22:17:56

Dünya

Rusiyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə 3 saatlıq təkbətək görüşü başa çatıb.


“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, dövlət başçıları regional məsələləri, əsasən İdlibdəki gərginliyi müzakirə ediblər.

 

Rəcəb Tayyib Ərdoğan:

“Qəbulunuz üçün təşəkkür edirəm. İdlib müzakirələri üçün bir araya gəlməyimiz böyük məna kəsb edir. Regionda gərginlik böyükdür. Bu gün atacağımız addımlar, qəbul edəcəyimiz qərarlar bölgəni də, ölkələrimizi də rahatladacaq. Türkiyə-Rusiya münasibətlərinin pik həddə olduğu dövrdəyik. Həm müdafiə sənayesi, həm də ticarət əlaqələri sahəsində çox fərqli mərhələdəyik. Bu əlaqələri gücləndirmək, ən böyük məqsədimizdir. Bunun öhdəsindən gələcəyimizə inanıram”.

 

Vladimir Putin:

“Hər zaman olduğu kimi, gərgin gündəmimiz var. idlibdə cərəyan edən hadisələr təkbətək görüşməyimizi zəruri etdi. Suriyada dünyasını dəyişən əsgərlər üçün başsağlığı verirəm. Hər insan ölümü faciədir. Telefon danışığımızda bildirdiyim kimi, Suriya əsgərləri də daxil olmaqla, heç kim orada türk əsgərlərinin olduğunu bilmirdi. Suriya ordusunun da ciddi itkiləri var. Bu hadisələrin təkrarlanmaması və Türkiyə-Rusiya münasibətlərinə zərər verməməsi üçün bütün məsələləri müzakirə etməliyik”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib