Dərc edilib: 06-03-2020

https://www.nuh.az/23133-.html

Xızını zəbt edən trio-Xəzər-Arzu-Bahadur

06.03.2020 14:19:35

Region

Xəzər Aslanov, Arzu və Bahadur “trio"su  Xızını zəbt edib

 

Oxuculara aydın olsun deyə, “trio"nun hər 3 üzvünü təqdim edək.

 

Xəzər Aslanov rəsmi sənədlərdə, yəni de-yure  Xızı Rayon İcra Hakimiyyətinin başçısı kimi göstərilir, amma de-fakto Xızının ağası-xozeynidir.

 

Arzu Əzizov isə uzun illər Xızıda adı olub özü olmayan peşə məktəbinin direktoru olub, məktəbin ərazisini kimə gəldi satıb, adı olub özü olmayan məktəbin şagirdlərinin təqaüdünü mənimsəyib və üstəlik “alovlu” AMİP-çi, Etibarçı olub. Sonradan saxta yolla köhnə tarixə YAP-çı olub. Loru dildə desək, Arzu Əzizov qabaqdan AMİP-çi, DAL-dan YAP-çıdır. Köhnə tarixlə YAP-çı olandan sonra Arzu Əzizov nəhayət arzusuna çataraq Xəzər Aslanovun müavini olub. Əvvəlki icra başçıları Arzu Əzizovun qabaqdan AMİP-çi olduğunu bildikləri üçün onu yaxına buraxmayıblar. Ancaq Xəzər Aslanov üçün AMİP, YAP, Müsavat söhbəti yoxdur, əsas PUL-dur. Bəli, Arzu Əzizov yığıdıqlarını verərk  Xəzər Aslanovun müavini olub.

 

Bahadur Bayram oğlu Məmmədov isə  Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında 5 saylı Torpaq Agentliyinin Xızı rayon üzrə nümayəndəsidir. Xızıda bütün torpaq sənədlərini saxtalaşdıran və ləqəbi “BAHA-dır” olan  bu Bahadur Məmmədovdur.

 

Xızı rayon sakini olan Valeh Məmmədovun ölkə mediasına, dövlətin ali rəhbərliyinə müraciətindən bəlli olur ki, bu “üçlük”  Xızını əməlli- başlı sürüşdürür.

 

Təsəvvür edirsiniz, Bayılda bir təpə sürüşəndə bütün nazirlər, paytaxt meriyası, hətta cənab Prezden İlham Əliyev məsələyə qarışır.


Bəs necə olur ki, Xızı adlı bütöv bir rayonu Xəzər Aslanov və sağ dişi-sol dişi olan, Arzu-Bahadur sürüşdürür, amma kimsə buna nəzər salmır.

Xəzər Aslanovun hələ bir  Azər  adlı “yengə”si də var. Onu da göndərib Kənd Təsərrüfatı Nazirliyinə  “pambıq yığmağa”.

Bu “üçlük”, sağdış-soldış və yengə təbiətin bakirə guşəsi olan Xızını necə sürüşdürüblər ?

Bu barədə növbəti yazıda bəhs edəcəyik.  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib