Dərc edilib: 07-03-2020

https://www.nuh.az/23142-.html

Tolikin verilişi bağlandı?

07.03.2020 09:06:21

Maqazin
Bu gün Xəzər TV-də yayımlanan "Hər Şey Daxil" proqramında müğənnilər Manaf Ağayev, Mətənat Əsədova və Elza Seyidcahan arasında yaşanan gərginlikdən sonra Xəzər Media Mərkəzinin direktoru Murad Dadaşov verilişin aparacısı Tarix Əliyevi işdən azad etməsi ilə bağlı mediada xəbərlər yayılıb.

Qaynarinfo xəbər verir ki, big.az məsələ ilə bağlı verilişin aparıcısı Tarix Əliyevdən açıqlama alıb. O bildirib ki, hazırda televiziyada iş başındadır:

"Mənə bununla bağlı heç bir xəbərdarlıq edilməyib. İşimin başındayam. Yayılan məlumat yalandır".
Xatırladaq ki, ötən gün sözügedən kanala Xalq artisti Murad Dadaşov rəhbər gətirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib