Dərc edilib: 09-03-2020

https://www.nuh.az/23167-.html

Neftin qiyməti kəskin ucuzlaşdı

09.03.2020 09:27:02

Reportaj

"Brent” markalı neftin qiyməti ucuzlaşaraq bir barrelə görə 32,28 dollar olub.

 

  “Qafqazinfo” xəbər verir ki, “qara qızıl”ın may fyuçerslərinin qiyməti 28,69% azalıb. WTI markalı neft isə 31,35% ucuzlaşma ilə bir barrelə görə 28,33 dollar olub. Qeyd edək ki, neftin qiymətində minimum göstərici 2016-cı ilin yanvarında müşahidə olunub. "Blumberq" nəşri bu göstəricini 1991-ci ildə Fars körfəzindəki müharibədən sonra kəskin azalma adlandırıb. “Goldman Sachs” bankının proqnozuna görə, neft bazarında yaranan təşviş yanacağın qiymətinin bir barrelə görə 20 dollaradək düşməsinə səbəb ola bilər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib