Dərc edilib: 09-03-2020

https://www.nuh.az/23173-.html

Deputat: "Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatında şok yaratmayacaq”

09.03.2020 13:54:45

Dünya

"Dünya bazarında neftin ucuzlaşması neft ölkələri, o cümlədən Azərbaycan üçün heç də yaxşı hal deyil, amma qiymət azalması iqtisadiyyatımızda şok yaratmayacaq"

Bunu "Report”a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Onun sözlərinə görə, milli iqtisadiyyat Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində xeyli şaxələndirilib: 
"Son illər ölkədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən tədbirlər Ümumi Daxili Məhsulun (ÜDM) strukturunda qeyri-neft sektorunun payının artlmasına səbəb olub. Bundan əlavə, Azərbaycanın qızıl-valyuta ehtiyatları da dövlət büdcəsi ilə bağlı öhdəlikləri yerinə yetirməyə imkan verir. Hesab edirəm ki, büdcə qanunvericiliyində nəzərdə tutulan tədbirlərin hamısı vaxtında yerinə yetiriləcək", - deyə millət vəkili qeyd edib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib