Dərc edilib: 09-03-2020

https://www.nuh.az/23177-.html

Hicran Hüseynova vəzifədən azad edildi - Sərəncam

09.03.2020 16:14:48

Maqazin

Prezident İlham Əliyev Hicran Hüseynova ilə bağlı sərəncam imzalayıb.


"Qafqazinfo" xəbər verir ki, sərəncamla Hicran Kamran qızı Hüseynova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib.

Qeyd edək ki, H.Hüseynova Prezidentin 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdi. 

Bir müddət əvvəl isə H.Hüseynova 41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisə deputat seçilib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib