Dərc edilib: 10-03-2020

https://www.nuh.az/23186-.html

Qarabağ qazisi vəfat etdi

10.03.2020 09:35:30

Dünya

Martın 8-də Qarabağ qazisi Ələkbər Talıbov vəfat edib.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib.
S.Rüstəmxanlı bildirib ki, o, 20 Yanvar faciəsi zamanı yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərdiyinə görə "Azadlıq uğrunda mübariz" fəxri adına layiq görülmüşdü:
"Ələkbər Talıbov Qarabağda  da erməni işğalçılarına qarşı fədakarlıqla döyüşmüşdü.  
Ələkbər Hacı Məmmədəli oğlu Talıbov 1953-cü il, avqust ayının 7-də Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuşdu. Babası Əsədulla Talıb oğlu Dividil Azərbaycanın Güneyində Miyana fədailərindən idi. 1946-cı ildə oğlu Məmmədəli ilə birlikdə Azərbaycanın  quzeyinə mühacirətə gəlmişdi.
Ələkbər Talıbov vəfatından öncə Fövqəladə Hallar Nazirliyinin Xəzər hövzəsi Qəza Xilasetmə Xidməti idarəsində gəmi kapitanı vəzifəsində çalışırdı.
Qazinin ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm".
Allah rəhmət etsin!

NUH informasiya agentliyi səhifəsindən çap edilib