Dərc edilib: 10-03-2020

https://www.nuh.az/23190-.html

Milli Məclisin 1-ci müavini Əli Hüseynli kimdir ?

10.03.2020 10:16:48

Müsahibə

 APA   xəbər verir ki, namizədlər bu gün YAP İdarə Heyətinin iclasında müəyyənləşib.

YAP-ın Milli Məclis Sədri postuna namizədi Sahibə Qafarova, Milli Məclis sədrinin birinci müavini postuna namizədi Əli Hüseynli , Milli Məclis Sədrinin müavini postuna namizədi isə Hicran Hüseynova olub.

 

 

Əli Hüseynli 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Bakı şəhəri, Binəqədi rayonu 135 saylı orta məktəbi bitirmişdir.

1985-1986-cı illərdə Rusiyanın Kalinin vilayəti “Kalininselstroy” tikinti idarəsində fəhlə işləmişdir.

1987-ci ildə Kalinin Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuşdur.

1988-1989-cu illərdə hərbi xidmətdə olmuşdur.

1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir.

1991-1995-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsində, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, 1996-2000-ci illərdə isə Azərbaycan Respublikasının Milli Məclisində müxtəlif vəzifələrdə çalışmışdır.

Hüquq elmləri doktorudur.

Hal-hazırda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədridir. Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyəti rəhbərinin müavinidir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının üzvü olub.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib