Dərc edilib: 10-03-2020

https://www.nuh.az/23193-.html

Bu gün I sinfə qəbulun elektron qeydiyyatı başlayır

10.03.2020 10:53:25

Reportaj
Bu gün 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün elektron qeydiyyat aparılacaq.

Qaynarinfo xəbər verir ki, saat 11:00-dən etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır.

Martın 13-ü, saat 11:00-dən etibarən valideynlər məktəb seçimini həyata keçirə bilərlər.
Xatırladaq ki, elektron qeydiyyat www.mektebeqebul.edu.az sistemi vasitəsilə həyata keçirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib